"Kəpəz"in tərcüməçi-futbolçusu
“Kəpəz”in heyətində Azərbaycan və Rus dillərini bilməyən 5 legioner (Salif Sisse, Abdullahi Şuaybu, Ahmed Ayzaya, Junior Martins və Mario Mustapiç) olsa da, klubda tərcüməçi ştatı boşdur. Adı çəkilən əcnəbi futbolçulardan Sisse ilə Martins İnglis dilində də danışmaqda da çətinlik çəkirlər. Baş məşqçi Tərlan Əhmədov dəfələrlə mətbuat konfranslarında tərcüməçilərinin olmadığını qabardıb. Məşqçinin özünün də İngilis dili səviyyəsi yüksək olmadığından bəzən futbolçularla ünsiyyət qurmaqda çətinlik çəkir.
Msport.az xəbər verir ki, bu işdə ona Gəncə klubunun təcrübəli futbolçusu Tural Axundov kömək edir. Dünən keçilən “Kəpəz” – “Səbail” (1:0) matçında da meydana sonradan daxil olan Salif Sisseyə baş məşqçinin fikirlərini məhz Axundov çatdırırdı. 34 yaşlı yarımmüdafiəçi axır vaxtlar az oynasa da, ən azı tərcüməçi kimi komandaya xeyiri dəyir.
AYXAN







