Ayxan Abbasov 3 nəfəri heyətdən kənarda qoydu
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Fransa ilə üz-üzə gələcək Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib.
Msport.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçda üç oyunçunu heyətə daxil etməyib.
Bugünkü qarşılaşmada “Sumqayıt”dan Səbuhi Abdullazadə, “Zirə”dən İsmayıl İbrahimli və Ceyhun Nuriyev meydana çıxmayacaq.
Qeyd edək ki, bu gün keçiriləcək Fransa – Azərbaycan oyunu saat 22:45-də başlayacaq.