featured-image-70672

Ukrayna millisinin futbolçusu Ruslan Malinovski DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla oyunundan (2:1) sonra açıqlama verib. Msport.az xəbər verir ki, “Cenoa”nın şərəfini qoruyan futbolçu qələbə qolunun müəllifi olub.

-İki oyun – 3 qol və bir məhsuldar ötürmə. Bu yəqin ki, millidə ən uğurlu dönəminizdir? 

-Əgər rəqəmlər belədirsə, o zaman yəqin ki, hə. Adam heç hara getmək istəmir, çünki qarşıda daha iki oyun var. Ən azı 2 xal qazanmaq lazımdır. Çox şadam ki, qol vurudm. Həm də Aleksey Quçlyaya görə sevincliyəm. O, çox yaxşı işlədi, bunu həm məşqlərdə, həm də oyunlarda görmək mümkün idi. Onun çox yaxşı kefyiyyətləri var, sol ayaq və başla əla oynayır. Bu gün başla qol vurdu, həm də məhsuldar ötürmə verdi. Bütün ukraynalıları, azarkeşləri bu qələbə münasibəti ilə təbrik edirəm.

-İslandiya ilə oyun daha ağır keçməli idi, amma tərsinə oldu. Niyə Azərbaycan millisi ilə görüş Ukrayna üçün çətin keçdi? Bununla razısan? 

-Əlbəttə, müəyyən təzyiq var idi, məsuliyyət. Ola bilsin ki, bəzən bir qədər tələsirdik, istəyirdik tez qol vuraq, sonra ikincini, üçüncünü. Ən əsası qalib gəldik. Görürsünüz, İslandiya Fransa ilə heç-heçə (2:2) etdi. Çox qol vəziyyətləri yaratmasalar da, Fransaya 2 top vurdular. Futbolda oyunu epizodlar həll edir.

-Sentyabrdakı oyunlardan sonra millinin ünvanına tənqidlər çox idi. İndi iki qələbədən sonra psixoloji vəziyyət necədir?

-Mən tənqidləri oxumamışdım, görməmişdim. Lakin nəticə…Azərbaycanla 1:1 oynadıq. Dediyim kimi hər şeyi epizodlar həll edir. Odur ki, səhvləri təhlil edib həlledici oyunlara hazırlaşmaq lazımdır. İki qələbə qazandıq, amma hər şey irəlidədir. Qrup mərhələsi 1-2 oyundan ibarət deyil. Bu, uzun yoldur və burda diqqətli olub sonadək mübarizə aparmalıyıq.

Bənzər xəbərlər