featured-image-45155

AFFA-nın təşkilatçılığı ilə idman jurnalistlərinin “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasına media turu təşkil olunub.

Msport.az xəbər verir ki, tur çərçivəsində Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirən media nümayəndələri burada yaradılan şəraitlə tanış olublar. 

AFFA-nın İnfrastruktur Departamentinin rəhbəri Fuad Cəfərov Məşq Mərkəzi və Futbol Akademiyası haqqında məlumat verib, jurnalistlərin suallarını cavablandırıb. 

FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyası bütün zəruri avadanlıqlarla təhciz olunub. Məşq Mərkəzinin ərazisində AFFA tərəfindən 2 təbii və bir süni örtüklü meydança salınıb.
AKADEMİYA 
Akademiya otaqları: 8 otaq – 52 nəfərlik
∙  Əsas komanda üçün otaqlar: 16 otaq – 44 nəfərlik
∙  1 restoran, 1 mətbəx
∙  Fitnes, sauna, 4 paltardəyişmə otağı
∙  Tibb otaqları
∙  İclas otağı
∙  Kəpəz PFK əməkdaşları üçün ofis
∙  İnzibati heyət üçün otaqlar
∙  İstirahət otağı
∙  Camaşırxana
∙  Texniki və xidməti otaqlar

Bənzər xəbərlər