“Kəpəz” rəsmisi KİV nümayəndəsinə fiziki təzyiq göstərməyə cəhd edib
Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyunundan sonra baş verənlər AFFA-nın diqqətindən kənar qalmayıb.
Msport.az xəbər verir ki, qurumun İntizam Komitəsi yaşananlara hüquqi qiymət verib.
Qarşılaşma bitdikdən sonra “Kəpəz”in analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olub və ona fiziki təzyiq göstərməyə cəhd edib. Klub rəsmisi bu hərəkətinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb.
“Kəpəz” 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.