featured-image-44932

“Son iki gün ərzində klubumuzun sponsor tərəfindən himayəyə götürülməsi barədə mətbuatda yazılar verilir”.

Msport.az xəbər verir ki, bunu “Kəpəz” klubu rəsmi feysbuk hesabında yazıb.

“Media nümayəndələrinin və azarkeşlərimizin diqqətinə çatdırırıq ki, bununla bağlı olaraq klubumuza heç bir rəsmi müraciət, əməkdaşlıq təklif olunmayıb. Bu cür əsassız məlumatların mediada əks olunması klubumuzun azarkeşlərini narahat edir. Bu mövzuda ictimaiyyəti tələsməməyə çağırırıq. Tərəfimizdən bildiririk ki, hər hansı bir görüş olacağı və ya razılıq əldə ediləcəyi təqdirdə klub saytı vasitiəsilə əlavə məlumat veriləcək”, – deyə Gəncə təmsilçisindən bildirilib.

Bənzər xəbərlər