“Kəpəz” və “Sumqayıt” cərimələndi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlərlə bağlı qərarlar verilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.
Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimələnib. Bu matçda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat ziyana düşüb.