“Kəpəz” və “Turan Tovuz”un səfər sınağı
Azərbaycan Premyer Liqasında bu gün V turun daha iki oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, ilk olaraq “Kəpəz” “Qəbələ”nin qonağı olacaq.
Qarşılaşma saat 17:00-da start götürəcək. Gəncə kollektivinin xalı yoxdur və sonuncu – 12-cidir. 1 xala malik “Qəbələ” isə 11-ci pillədə yer alıb.
Günün ikinci matçında “Sabah” “Turan Tovuz”u qəbul edəcək. Bu görüş saat 19:30-da başlayacaq. 9 xala malik “Turan Tovuz” dördüncü, 4 xalı olan “Sabah” səkkizincidir.
Azərbaycan Premyer Liqası
V tur, 20 sentyabr
17:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu
19:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”
Qeyd edək ki, turun əvvəlki matçlarında “İmişli” “Karvan-Yevlax”ı 3:0, “Zirə” isə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.