“Kəpəz” yenidən Azər Bağırova tapşırıldı
Azər Bağırov yenidən “Kəpəz”i çalışdıracaq.
Msport.az xəbər verir ki, Gəncə klubu onu baş məşqçi postuna təyin edib.
Bağırov Premyer Liqanın ilk 6 turundakı məğlubiyyətdən sonra istefaya göndərilən Adil Şükürovu əvəzləyib.
Qeyd edək ki, Azər Bağırov daha əvvəl 2024-25 mövsümündə də “Kəpəz”də çalışıb.