featured-image-70980

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının tarixində 17-ci pilləyə yüksəlib.

Msport.az xəbər verir ki, İngiltərə millisinin forvardı turnirdəki 45-ci qolunu “Brügge”yə (4:0) qarşı oyunda vurub.

Bununla da o, əfsanəvi Didye Droqbanı (44 qol) arxada qoyub. Keyn bu nəticəni cəmi 60 oyunda əldə edib. Müqayisə üçün bildirək ki, Droqba 44 qolu vurmaq üçün 92 matç keçirmişdi.

Qeyd edək ki, hazırda Çempionlar Liqasının bütün dövrlər üzrə bombardiri Kriştiano Ronaldodur. Onun hesabında 140 qol var.

Bənzər xəbərlər