Kimmix millidən uzaqlaşdırıldı
Almaniya millisinin aparıcı üzvlərindən Coşua Kimmix zədələnib.
Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi məşq zamanı topuq oynağından xəsarət alıb.
“Bavariya”nın futbolçusu bu səbəbdən DÇ-2026-nın seçmə mərhələsində Lüksemburq yığmasına qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Lüksemburq – Almaniya matçı bu gün keçiriləcək və Bakı vaxtı saat 23:45-də start götürəcək.







