featured-image-42532

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp Mersisayd təmsilçisini tərk edəcək.

Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu mövsümün sonunda komandadan ayrılacağını söyləyib.

“Başa düşürəm, bir çoxları xəbəri eşidəndə şoka düşəcək. Amma bunu açıq-aydın elan edirəm. Mən bu klubla, şəhərlə, azarkeşlərimizlə bağlı hər şeyi sevirəm. Amma qərarımdan əminəm. İş ondadır ki, enerjim tükənir. İndi heç bir problemim yoxdur. Amma nə vaxtsa bunu açıqlamalı olduğumu çoxdan bilirdim. Birlikdə keçirdiyimiz bütün illərdən sonra bu komandaya hörmətim və sevgim artdı”, – təcrübəli çalışdırıcı bildirib.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci il oktyabrın 8-də “Liverpul”un sükanı arxasına keçmişdi. “Qırmızılar” bu müddət ərzində 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 10 titul qazanıb. Komanda Çempionlar Liqası, İngiltərə Premyer Liqası, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.

Bənzər xəbərlər