featured-image-77149

“Real”ın prezidenti Florentino Peres mövsümün sonunda komandada dəyişikliklər etmək niyyətindədir.

Msport.az xəbər verir ki, o, klubu tərk etməsini istədiyi 8 futbolçunun adını verib.

Sport.es-in nəşrinin yazdığına görə, siyahıda ilk futbolçu hələ ötən yay getmək istəyən Eduardo Kamavinqadır.

Müdafiəçilər Fran Qarsiya və Raul Asensio və yarımmüdafiəçi Dani Sebalyos da Madridi tərk edəcək.

“Kral klubu” müqaviləsi yayda başa çatan Dani Karvahal və David Alabanı da saxlamayacaq. Hücumçu Franko Mastantuono və Qonsalo Qarsiyanın isə icarəyə veriləcəyi gözlənilir.

Bənzər xəbərlər