Kocaelidə günahkar axtarılır - Şeydayev də tənqid olundu
Milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” Türkiyə Super Liqasına vəsiqə qazanmaq şansını əldən verib. Mövsümə böyük ümidlərlə başlayan İzmit klubu I Liqada əsas favoritlərdən hesab olunurdu. Lakin “yaşıl-qaralar” böyük uğursuzluqla üzləşiblər.
Msport.az xəbər verir ki, yerli mətbuatda klubun niyə bu cür uğursuz çıxış etdiyi araşdırılır. “Kocaeli gazetesi” komandanın zəif təsir bağışlaması səbəbləri sırasında Şeydayevin də adını hallandırıb:
“Komandanın ən yaxşı bombardiri Duqlas Tanke klubu tərk edəndə aydın oldu ki, “Kocaelispor”da 2 il əvvəlki səhvlərdən nəticə çıxartmayıblar. Onlar yenə büdrədilər. Nə baş verdi? Klub Ramil Şeydayev, Davit Sxirtladze kimi “bombardirlər”lə müqavilə bağladı. Mövsüm başa çatdı, çempionluq əldən getdi, Sxirtladzenin hesabında qol yoxdur, Şeydayev isə bir dəfə fərqlənib”.