featured-image-42346

“Ümraniyespor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev qış fasiləsində komandasını dəyişə bilərmiş.

Msport.az saytına daxil olan məlumata görə, 29 yaşlı yarımmüdafiəçi “Kocaelispor”dan təklif alıb.

Klub rəhbərliyi təcrübəli oyunçuya yaxşı şərtlərlə müqavilə təklif edib. Lakin “Ümraniyespor”la sözləşməsi davam edən futbolçu təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, “Kocaelispor” bir müddət öncə millimizin digər üzvü Ramil Şeydayevi heyətinə qatıb. Son klubu Tailand “Buriram Yunayted”i olan hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Bənzər xəbərlər