Konfrans Liqası: Latviyalı hakim Bakıya gəlir
Bakıda “Zirə” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək hakim müəyyənləşib.
Msport.az-ın məlumatına görə, matç Latviyadan olan Vitaliys Spasyonnikovsa tapşırılıb.
Qeyd edək ki, avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.
İlk görüş avqustun 22-də baş tutacaq.