Konte Azərbaycanda oynayacaq
Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Msport.az-ın yerli mətbuata istinadən məlumatına görə, Syerra Leonedən olan oyunçunun keçidinin tezliklə reallaşacağı gözlənilir.
Bildirilib ki, həm 23 yaşlı vinger özü komandasını dəyişməkdə, həm də “Lokomotiv” rəhbərliyi onun satılmasında maraqlıdır. Konte Bolqarıstan çempionatının ən texnikalı və sürətli oyunçularından biri hesab olunsa da, nizam-intizamla bağlı ciddi problemlərinin olduğu vurğulanıb.
Qeyd edək ki, Alfa Kontenin adı “Neftçi” ilə birgə hallanır.