featured-image-29713

Hazırda icarə əsasında “Konyaspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə klubuna keçidindən danışıb.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu “CBC Sport”a özəl müsahibəsində müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”sunda bəzi reallıqları gördükdən sonra bu addımı atdığını bildirib:

“Klub rəhbərliyi ilə danışdıqdan sonra “Konyaspor”a transferimi gerçəkləşdirdim. Futbol baxımından hər şey ürəyimcədir. Mənə xoş olan məqam odur ki, tribunada Azərbaycan bayrağı asılıb və üzərində “Təşəkkürlər” yazılıb. Onların mənə bu cür dəyər verməsi çox gözəldir”.

Təcrübəli forvard bütün diqqətini Superliqada keçirəcəkləri son 5 oyuna yönəltdiyini söyləyib: “Xeyirlisi nədirsə, o da olsun”.

Qeyd edək ki, Mahir Emrelinin “Konyaspor”la icarə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

CAHİD

Bənzər xəbərlər