Koxalski "Qarabağ"dan gedir - Özü də təkzib etmədi
“Qarabağ”ın qapıçısı Mateus Koxalski komandadan ayrılacağı ilə bağlı sualı cavablandırıb.
Msport.az xəbər verir ki, polşalı qolkiper Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra bu barədə açıqlama verib.
Koxalski bu ehtimalın yarı-yarıya olduğunu bildirib:
“Növbəti mövsüm komandada qalma şansım yarı-yarıyadır. Nə olacağını özüm də tam bilmirəm. Hazırda dəqiq şəkildə qalacağımı, yoxsa gedəcəyimi demək çətindir







