featured-image-82285

“Barselona”nın sabiq futbolçusu Kristian Tello peşəkar futbolçu karyerasını başa vurub.

Msport.az xəbər verir ki, 35 yaşlı ispaniyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, qərarını belə açıqlayıb: “Bu gün həyatımın bir hissəsi ilə vidalaşmalıyam. Uzun illər, çoxlu oyunlar, müxtəlif soyunub-geyinmə otaqları, çoxsaylı sevinclər və çətin anlardan sonra peşəkar futbolda nöqtə qoymağın vaxtı gəldi.

Futbol mənə hər şeyi verdi. Bir vaxtlar mümkünsüz görünən arzularımı həyata keçirməyə, ömür boyu xatırlayacağım insanlarla tanış olmağa və yaddaşımda əbədi qalacaq anlar yaşamağa imkan verdi”.

Qeyd edək ki, Tello “Barselona”nın əsas komandasında 86 oyun keçirib, 20 qol vurub və 14 məhsuldar ötürmə edib. İspaniyalı futbolçu karyerası ərzində həmçinin “Portu”, “Fiorentina”, “Betis”, “Los-Anceles” və digər klublarda çıxış edib.

Bənzər xəbərlər