featured-image-53289

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı, keyfiyyətli futbol sərgilədilər. Əfsuslar olsun ki, bir səhvə görə qol buraxdıq. Qoldan 10-15 dəqiqə sonra da o qədər yaxşı deyildik. Bu da normaldır. Çünki səhvlərdən sonra özünəinamı itirirsən. Qol epizodlarımız var idi, bəzilərini reallaşdıra bilmədik. İkinci hissədə təzyiqi artırdıq. Bəzi məqamlarda daha yaxşı oynaya bilərdik. Qələbəyə layiq idik. Çünki “Sumqayıt” qapıya cəmi 1-2 zərbə endirdi”.

Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın IV turunun “Sumqayıt”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

– Komandanın potensialı buduryoxsa daha artığını edə bilərsiniz?

– Əminliklə deyə bilərəm ki, daha çoxunu etməyi bacararıqAmma bunun üçün addımaddım irəliləmək lazımdırBəzi oyunçularımız 100 faiz hazır deyilKomandada futbolçular var kidaha çox  görə bilərlər

– SentPatriks” səddini keçə bilmədikdən sonra komanda iki oyundur qalib gəlirOyunçuları psixoloji olaraq hazırlamaq çətin deyildi?
– Əfsuslar olsun ki, uduzduq. Amma “Sent-Patriks” jurnalistlərin dediyi qədər də pis komanda deyildi. Hər iki oyunu azlıqda oynadıq. “Başakşəhər” bu komandaya 11 nəfərlə qalib gələ bilmədi. Hər şey büdcə ilə ölçülmür.

– “Turan Tovuz” “Qarabağ”ı məğlub etdikdən sonra sizin də motivasiyasınız yüksəlib?

– Həmişə demişəm ki, məğlub edilməyəcək komanda yoxdur.  “Turan Tovuz”la oyun göstərdi ki, “Qarabağ” da uduzur. Onlar üçün də həm daxili çempionatda, həm də avrokubokda oynamaq asan deyil. “Turan Tovuz” qələbə layiq idi.

Bənzər xəbərlər