featured-image-82364

Belçika millisinin qapıçısı Tibo Kurta Millətlər Liqasının yeni mövsümündə yığmada oynamaqdan imtina edib.

Msport.az xəbər verir ki, “Real”ın futbolçusu Avropa çempionatının seçmə mərhələsinin oyunlarında milliyə qayıda biləcəyini deyib.

“Millətlər Liqasının yeni mövsümündə Belçika yığmasında oynamamaq qərarını verdim. Əgər millinin baş məşqçi qapıçılarla bağlı zədə problemləri ilə üzləşməsə – bu halda istisna olaraq dəvət oluna bilərəm. Belçika Millətlər Liqasının final mərhələsinə vəsiqə qazansa belə, orada oynamayacam.

Avropa çempionatının seçmə mərhələsi başlayanda Belçika yığmasına çağırılmağa hazır olacam. Bu, baş məşqçini qane edir, lakin o, əsas heyətdə yer alacağıma dair zəmanət verə bilməyəcəyini söylədi. Əgər Millətlər Liqasında çıxış edən qapıçı yaxşı oyun göstərsə, məşqçi çərçivəni ona etibar etməyə davam edə bilər. Buna baxmayaraq, öz yerim uğrunda mübarizə aparmaq istyirəm. 1 nömrəli qapıçı olduğumu bir daha sübut etmək niyyətindəyəm”.

 

Bənzər xəbərlər