La Liqada ayın ən yaxşısı açıqlandı
İspaniya La Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, “Vilyarreal”ın çalışdırıcısı Marselino Qarsiya Toral ötən ayın ən yaxşısı seçilib.
Bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb. İspaniyalı mütəxəssisdən başqa, Dieqo Simeone (“Atletiko”) və Hans Flik (“Barselona”) də bu ada namizəd idi.
“Vilyarreal” noyabr ayında İspaniya çempionatında keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. Komanda 13 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.







