“Latsio” İkardidən əl çəkmir
“Latsio” yenidən argentinalı hücumçu Mauro İkardi ilə maraqlanır.
Msport.az xəbər verir ki, Roma klubu “Qalatasaray”dan ayrıldıqdan sonra komandasız qalan 33 yaşlı futbolçunun nümayəndəsi ilə əlaqəni bərpa edib.
İkardi ötən yay danışıqlar zamanı olduğundan daha çox “Latsio”ya mümkün transferə açıqdır. Argentinalı futbolçu tezliklə komandanın baş məşqçisi Cennaro Qattuzo ilə müzakirə olunacaq. Onun mövqeyi klubun hücumçu ilə müqavilə imzalamaq üzərində işləməyə davam edib-etməyəcəyini müəyyən edəcək.
Ötən mövsüm İkardi bütün yarışlarda 47 oyun keçirib, 16 qol vurub və üç məhsuldar ötürmə edib. Onun bazar dəyəri 4 milyon avro (8 milyon manat) olaraq qiymətləndirilir.







