Leandro Andradedən unikal nailiyyət
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade unikal nailiyyətə imza atıb.
Futbolinfo.az xəbər verir ki, kabo-verdeli futbolçu Çempionlar Liqasının III turunda “Atletik”lə oyunda 48-ci saniyədə fərqlənməklə buna nail olub.
26 yaşlı oyunçu Bilbaodakı matçın startında hesabı açıb. Bununla Andrade avrokubokların üç fərqli görüşünün 1-ci dəqiqəsində qol vuran ilk futbolçu olub. O, 2023-cü ilin dekabrında İsveçin “Hekken”, bu ilin yanvarında isə Rumıniyanın FCSB klubu ilə qarşılaşmanın startında bunu bacarmışdı.
Qeyd edək ki, “San Mames”dəki oyunda “Atletik” 3:1 hesablı qələbə qazanıb.