Legioneri “Qəbələ” ilə vidalaşdı
“Qəbələ” klubu futbolçusu Əyyub Allaş ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.
O, “qırmızı-qaralar”a təşəkkür edib: “Mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə, azarkeşlərə təşəkkürümü bildirirəm. Məşqlərdə və oyunlarda daim əlimdən gələnin ən yaxşısını etdim. Sonda hər kəsə uğurlar arzulayıram”.
Qeyd edək ki, Əyyub Allaş ötən ilin yanvarından bəri “Qəbələ”nin formasını geyinib.