featured-image-71590

Robert Levandovski “Barselona”da vurulan qolların sayına görə Neymarı geridə qoyub.

Msport.az xəbər verir ki, 37 yaşlı hücumçu buna La Liqanın XII turunda səfərdə “Selta” ilə matçda nail olub.

Qarşılaşmada 3 dəfə fərqlənən təcrübəli forvard Kataloniya təmsilçisində 108-ci qoluna imza atıb. Neymar “Barselona”da 105 dəfə rəqib qapılarına yol tapmışdı.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Polşalı futbolçunun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, “Barselona” “Selta”nı 4:2 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər