Levandovski təklifi rədd etdi
“Barselona”nın hücumçusu Robert Levandovski “Fənərbağça”ya keçməkdən imtina edib.
Msport.az xəbər verir ki, daha əvvəl 37 yaşlı forvardın transferi ilə bağlı İstanbul klubunun danışıqlar apardığı bildirilirdi.
Polşalı futbolçu yanvarda “Fənərbaxça”ya keçməyə razılıq verməyib. İddia olunur ki, o, ən azı cari mövsümün sonunadək “Barselona”da qalmaq niyyətindədir.
Levandovski bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib və 8 qol vurub. Onun “Barselona” ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.







