featured-image-72087

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını Türkiyənin top-klublarından birində davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Fənərbağça” polşalı forvardı transfer etməkdə ciddi şəkildə maraqlıdır.

Klub rəhbərliyi artıq Levandovskinin agenti ilə danışıqlar aparıb və ona bir illik müqavilə təklif edib. Ancaq 37 yaşlı futbolçu təqdim olunan şərtlərdən narazı qalıb. O, ən azı müddəti 2,5 illik olan müqaviləyə qol çəkmək istəyir.

Levandovskinin “Barselona” ilə mövcud sözləşməsinin müddəti yayda başa çatacaq.

Bənzər xəbərlər