featured-image-71697

“Fənərbağça” hücum xəttini ulduz futbolçu ilə gücləndirmək istəyir.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi “Barselona”nın futbolçusu Robert Levandovskini transfer etməyi planlaşdırır.

Artıq “Fənərbağça” nümayəndələrinin polşalı forvardın meneceri ilə ilk görüşü olub. 37 yaşlı hücumçunun mövsümün sonunda “Barselona”dan ayrılacağı gözlənilir. Klub hələlik ona yeni müqavilə təklif etməyib.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm “Barselona”da 12 oyunda meydana çıxıb və 7 qol vurub.

Bənzər xəbərlər