“Levski”nin kapitanı: “Bir qoldan artıq vura bilərdik”
“Levski”nin kapitanı Marin Petkov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah” üzərində qələbəni (1:0) şərh edib.
Msport.az xəbər verir ki, o, komanda yoldaşlarına təşəkkür edir.
Petkov meydanda bütün güclərini qoyduqlarını bildirib: “Azarkeşlərimizə də təşəkkürlər: onlar bizim 12-ci oyunçumuzdur. Bizi axıradək dəstəklədilər. Düşünürəm ki, bir qoldan artıq da vura bilərdik, amma necə ki, bizim imkanlarımız oldu, onların da qol şansları vardı. Rəqibin oyunu ilə bizi təəccübləndirdiyini deməzdim. Gərgin keçən oyunda topa nəzarət bizdə idi. Onların müdafiəyə çəkilib hesabı qoruduqları anlar oldu. Amma bu, artıq onların seçimidir”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək.