Lisandro Martineslə bağlı qərar dəyişə bilər
“Mançester Yunayted” müdafiəçisi Lisandro Martineslə müqavilənin müddətini uzatmaq məsələsinə yenidən baxır.
Msport.az xəbər verir ki, klub rəhbərliyi argentinalı futbolçunun son açıqlamalarından narazıdır.
28 yaşlı müdafiəçinin müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır. Klubun anlaşmanı daha bir il uzatmaq hüququ olsa da, hazırda bu variantın həyata keçirilməsi şübhə altındadır. Buna səbəb Martinesin Çempionlar Liqasında “Atletiko”ya 0:2 hesablı məğlubiyyətdən sonra klubun transfer siyasətini açıq şəkildə tənqid etməsidir. Futbolçu idman direktoru Ceyson Uilkoks və rəhbərlikdən daha çox şey gözlədiyini bildirib.
Onun açıqlamaları komandanın daxilində də narazılıq yaradıb. Bəzi futbolçular Martinesin heyətin kifayət qədər gücləndirilməməsi barədə fikirləri ilə razılaşmayıblar.
“Mançester Yunayted” qarşıdakı transfer dövrlərində mərkəz və sol cinah müdafiəsini gücləndirməyi planlaşdırır. Bu isə argentinalının komandadakı gələcəyini daha da qeyri-müəyyən edir.
Martines yay transfer dövründə “Atletiko Madrid”ə keçmək istəsə də, İngiltərə klubu uyğun təklif almadığı üçün transfer baş tutmayıb.







