featured-image-29894

AFFA-nın baş katibi Sərxan Hacıyev Lisenziya Komissiyasının qərarı ilə “Araz-Naxçıvan” və “Zaqatala”nın Premyer Liqada iştirak üçün lisenziya almalarına münasibət bildirib.

Msport.az xəbər verir ki, federasiya rəsmisə lisenziya əldə etməyin hələ Premyer Liqada iştirak etmək demək olmadığını vurğulayıb:

“Lisenziyanı əldə etmək Premyer Liqaya vəsiqə qazanmaq deyil. Əsasnamaməyə uyğun olaraq I divizionda çempion olacaq komanda Premyer Liqaya vəsiqə əldə edəcək. Belə olan halda yüksək liqada sonuncu yeri tutan elitanı tərk etməlidir. Birinci Diviziondan Premyer Liqaya lisenziya qazanan digər klublar çempion olmadıqları üçün yüksək liqaya vəsiqə əldə etmirlər”.

S.Hacıyev Premyer Liqada komanda sayının artırılıb-artırılmayacağına AFFA İcraiyyə Komitəsinin qərar verəcəyini vurğulayıb: “Komitə məsələ ilə bağlı hələlik qərarını verməyib. Bu, o deməkdir ki, hazırda ancaq aşağı liqada birinci yeri tutan və lisenziya alan komanda Premyer Liqaya vəsiqə əldə edib. Əgər Birinci Divizionun qalibi olan və lisenziya alan komanda hansısa səbəbdən Premyer Liqada iştirakdan imtina etsə, o zaman lisenziya qazanan digər komandaların məsələsi nəzərdən keçirilə bilər. Bütün bunlar da AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq məsələlərdir”. (Report.az)

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyası 2023/2024 mövsümündə Premyer Liqada iştirak etmək üçün 12 kluba lisenziya verib.

Bənzər xəbərlər