featured-image-71443

“Liverpul” Çempionlar Liqasında statistik nailiyyət əldə edib.

Msport.az xəbər verir ki, komanda Liqa mərhələsinin IV turu çərçəvəsində evdə “Real”ı üstələyib – 1:0.

Bununla da “mersisaydlılar” ümumilikdə 5-ci dəfə Madrid klubuna qaib gəliblər. Belə göstərici ilə “Liverpul” ÇL tarixində “Real”ı ən çox məğlub edən klub adını qazanıb. Maraqlıdır ki, “Liverpul” bu 5 oyunun hər birində qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, “Real” 15 dəfə Çempionlar Liqasıın qalibi olub. “Liverpul” isə 6 dəfə bu uğura yiyələnib.

Bənzər xəbərlər