"Liverpul"un gənc oyunçusu "Selta"ya qayıtdı - RƏSMİ
“Liverpul”un yarımmüdafiəçisi Stefan Bayçetiç “Selta”ya keçib.
Msport.az xəbər verir ki, İngiltərə klubunun rəsmi saytı bu barədə məlumat yayıb.
Bayçetiç 5,5 il “Liverpul”da olsa da, bu müddət ərzində cəmi 22 oyunda meydana çıxıb.
21 yaşlı futbolçu 2021-ci ilin fevralında məhz “Seltik”dən “Liverpul”a gəlmişdi. O, 17 yaşı olarkən Yurgen Kloppun dövründə “qırmızılar”ın heyətində debüt etmişdi.
Serb əsilli ispaniyalı futbolçu 2024-2025 mövsümünü icarə əsasında “Zaltsburq” və “Las Palmas”da keçirib.







