featured-image-45768

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlama verib.

Msport.az xəbər verir ki. “Sport24.ru” saytına danışan rus qolkiper Azərbaycanda aylıq nə qədər xərclədiyi haqda danışıb. 31 yaşlı “əlcək sahibi” aylıq xərclərinin 4-5 min avro olduğunu bildirib:

“Azərbaycanda aylıq mənzil və avtomobil xərcləri daxil olmaqla 4-5 min avro aralığında pul xərcləyirəm”.

Qeyd edək ki, “Qarabağ” Andrey Lunyovu 2023-cü ilin avqust ayında “Bayer”dən transfer edib. Rusiya millisinin üzvü Ağdam təmsilçisinin heyətində 26 rəsmi matçda meydana çıxıb.

Bənzər xəbərlər