featured-image-44037

Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun martdakı toplanışa çağırıla biləcəyini bildirib. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, şimal qonşumuz martın 21-də Serbiya, 25-də isə Paraqvayla qarşılaşacaq:

“Lunyov “Bayer”də olduğu iki il ərzində oyun təcrübəsi baxımından çox geri getmişdi. “Qarabağ”da olduğu ilk matçdan indiyə kimi bu çılğın motivasiya qutarmayıb. Bu müddət ərzində o, yüksək səviyyədə stabil oynayır, komandasına avrokuboklarda növbəti mərhələyə yüksəlməyə kömək edib. Noyabrda Kuba ilə matçdan əvvəl də Andrey bizim siyahımızda idi. Lakin toplanışa iki həftə qalmış o “Bayer”lə oyunda zədələndi. Andrey yığmanın martdakı toplanışına çağırıla bilər”.

Bənzər xəbərlər