featured-image-47938

“Qarabağ”ın qapıçısı Andrey Lunyov “Rostov” klubundan təklif almayıb. Msport.az xəbər verir ki, bu barədə futbolçunun nümayəndəsi Anton Smirnob məlumat verib.

“Lunyovun transferi ilə bağlı “Rostov”dan təklif almamışıq”.

Qeyd edək ki, bir müddət əvvəl “Rostov”un hazırkı qapıçısı Sergey Pesyakovun mövsümün sonunda “Krılya Sovetov”a keçəcəyi barədə xəbər yayılıb.

Lunyov bu mövsüm bütün turnirlərdə 32 oyunda meydana çıxıb. Onun “Qarabağ”la müqaviləsi 2024-cü ilə qədərdir.

Bənzər xəbərlər