featured-image-36575

Xorvatiya çempionatında 7-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su səfərdə “Osiek”lə üz-üzə gəlib.

Qonaqlar 0:2 hesabı ilə geri düşsələr də, əzmkar qələbə qazanıblar. “Dinamo”nun ilk qolunu 71-ci dəqiqədə Mahir vurub. O, 30-cu dəqiqədə meydana daxil olub. Yığmamızın hücumçusu başla gözəl qol vurub.

Zaqreb klubunun heyətində Bruno Petkoviç dubl edib.

“Dinamo” 5 oyundan sonra 10 xalla 4-cü yeri tutur.

 

Bənzər xəbərlər