Mahir Emreli bu turda da start heyətində
Almaniya II Bundesliqasında 8-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” öz meydanında “Preusssen Munster” komandası ilə qarşılaşacaq.
Oyun bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Meydan sahiblərinin baş məşqçisi Miroslav Kloze Mahirə start heyətində şans verib.
Qeyd edək ki, ötən tur “Hannover”lə səfər matçında da həmyerlimiz ilk dəqiqələrdən meydanda olmuşdu. O, 75-ci dəqiqədə əvəzlənmişdi.