featured-image-54791

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda debütü haqqında fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında bildirib.

II Bundesliqada “Herta”ya qarşı VI tur matçının 39-cu dəqiqəsində meydana çıxan forvard məğlub olduqları üçün təəssüfləndiklərini bildirib: “Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, matç “Nürnberq”in 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Bənzər xəbərlər