featured-image-51450

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli ilə danışıqları davam etdirən Almaniyanın “Nürnberq” klubu yekun qərarını bu həftə açıqlayacaq.

Msport.az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin idman direktoru Joti Xatsialeksiu yerli mətbuata açıqlamasında deyib.

O, 27 yaşlı hücumçu ilə müqavilə imzalamağa hazır olduqlarını bildirib: “Futbolçu tam hazır olmasa belə, biz onu heyətimizə qatmağa hazırıq”.

Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər