featured-image-68243

“Kayzerslautern”in futbolçusu Mahir Emreli II Bundesliqanın “Şalke” ilə oyununda qol vurmaq istəyir.

Msport.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə “Bild”ə açıqlama verib.

Azərbaycan millisinin üzvü növbəti qarşılaşmada koordinasiya və komanda ruhunun daha yaxşı olacağına ümid edir: “Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram”.

Qeyd edək ki, “Kayzerslautern” II Bundesliqanın ilk turunda “Hannover”ə 0:1 hesabı ilə uduzub. Emreli həmin matçda 65 dəqiqə çıxış edib. Komanda avqustun 9-da “Şalke”ni qəbul edəcək.

Bənzər xəbərlər