Mahir Emreli: “Xarakterimi və səbrimi sınadım”
Zədədən əziyyət çəkdiyim dövrdə xarakterimi və səbrimi sınadım.
Msport.az xəbər verir ki, bu fikir Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreliyə məxsusdur.
26 yaşlı futbolçu şəxsi instaqram hesabında Xorvatiya çempionu olduğu üçün sevindiyini yazıb.
“Mövsümə çox yaxşı başlamışdım. Lakin uzun müddətli zədələr məndən əl çəkmədi. Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım. Zədədən əziyyət çəkdiyim dövrdə xarakterimi və səbrimi sınadım. Bu, karyeramın ən vacib anları idi. “Dinamo”da olmaqdan və mükafatlar qazanmaqdan çox məmnunam”, – deyə o bildirib.
Qeyd edək ki, “Dinamo” klubu 82 xalla 2023/2024 mövsümünü 1-ci pillədə başa vurub.