Mahir "Nürnberq"in start heyətində
Milli komandamızın hücumçusu Mahir Emrelinin şərəfini qoruğudu “Nürenberq” Almaniya II Bundesliqasının 7-ci turunda səfərdə “Hannover”lə qarşılaşacaq.
Msport.az xəbər verir ki, artıq komandaların heyətləri açıqlanıb.
Qonaqların baş məşqçisi Miroslav Kloze Mahirə start heyətində şans verib. Qeyd edək ki, həmyerlimiz ilk dəfədir ki, Almaniya klubunda ilk dəqiqələrdən meydanda olacaq. O, ötən tur “Herta” ilə matçda 39-cu dəqiqədə oyuna daxil olmuşdu.