Mahirin komandası 1/8 finalda
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda səfərdə “Ponikva” ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn “Dinamo” 1/8 finala yüksəlib.
Mahir bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.







