Mahirin komandası mərkəzi oyuna çıxır
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatında mərkəzi oyuna çıxacaq.
Msport.az xəbər verir ki, 3-cü pillədə olan komanda lider “Hayduk”un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Hayduk”un 18, “Dinamo”nun 16 xalı var. “Riyeka” isə 16 xalla 2-ci pillədə qərarlaşıb.