Mançester klubları üz-üzə
“Nyukasl”ın müdafiəçisi Tino Livramento İngiltərənin top-klublarının diqqətini cəlb edib.
Msport.az xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətinə ən ciddi maraq göstərən klub “Mançester Siti”dir.
Livramento “şəhərlilər”in 2026-cı ilin yay transfer planlarında ön sıralarda yer alır. Həmçinin, “Mançester Yunayted” də onunla maraqlananlar arasındadır, amma hələlik konkret addım atılmayıb.
İngiltərəli müdafiəçinin “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə 8 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.







