featured-image-71753

“Mançester Siti”dəki durumundan narazı olan Ceyms Trafford komandadan ayrılmağa hazırlaşır.

Msport.az xəbər verir ki, iyulda “şəhərlilər”ə qayıdan, Canluici Donnarummanın gəlişindən sonra əsas heyətdəki yerini itirən 23 yaşlı qolkiper müntəzəm oynamaq istəyir və bu üzdən, tezliklə getməyə hazırlaşır.

Traffordun transferi “Mançester Siti”yə 30 milyon avroya başa gəlib. Onun müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Noyabrın 22-də Xosep Qvardiolanın yetirmələri “Nyukasl”la qarşılaşacaq.

Bənzər xəbərlər