featured-image-30222

İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, bu, turnirin çempionu “Mançester Siti” olub. Pep Qvardiolanın baş məşqçisi olduğu komandanın ən yaxın izləyicisi “Arsenal” bu gün 37-ci turda səfərdə “Nottinqem Forest”ə 0:1 hesabı ilə uduzub. Bu matçdan sonra “şəhərlilər” çempionluğu təmin edib.

Hazırda 32 oyundan 85 xalı olan Mançester təmsilçisi yarışın bitməsinə bir tur qalmış ən yaxın izləyicisi “Arsenal”la xal fərqini 4-də saxlayıb və ardıcıl 3-cü, ümumilikdə isə 9-cu dəfə ölkə çempionu olub.

Bənzər xəbərlər